Nazirliyin şöbə rəisi minaya düşüb
Tarix: 13-05-2022 12:36 | Bölmə: Cəmiyyət
Nazirliyin şöbə rəisi minaya düşüb

İşğaldan azad olunmuş ərazidə mina partlaması nəticəsində daha bir nəfər xəsarət alıb.

Hadisə Ağdamın Baş Qərvənd kəndi ərazisində baş verib. Məlumata görə, mina partlaması nəticəsində xəsarət alan şəxs Fövqəladə Hallar Nazirliyinin ərazidə minatəmizləmə fəaliyyəti ilə məşğul olan əməkdaşıdır. Kapitan Süleyman Heydərovun qolundan ağır xəsarət alaraq hospitala yerləşdirildiyi bildirilir.

Hazırda Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.(APA)

Fövqəladə Hallar Nazirliyi faktla bağlı məlumat yayıb. Bildirilir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi, kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər