16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İƏT PA-nın iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Tarix: 17-05-2022 13:17 | Bölmə: Cəmiyyət
İƏT PA-nın iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

Reyting.az
xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən konfrans iştirakçılarına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları, həmçinin “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyaraq türk şəhidlərinə ehtiramlarını bildiriblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}