Baş Prokurorluq Bakıdakı yanğın və ölüm hadisəsi ilə bağlı məlumat yayıb
Tarix: 18-05-2022 00:19 | Bölmə: Cəmiyyət
Baş Prokurorluq Bakıdakı yanğın və ölüm hadisəsi ilə bağlı məlumat yayıb

Azərbaycanın Baş Prokurorluğu 17 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi, ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Reyting.az
Baş Prokurorluğa istinadla bildirir ki, hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerində araşdırma aparırlar.

Qeyd olunur ki, prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

Prokurorluq bildirir ki, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova həyatını itirib.

Prokurorluq ictimaiyyətə əlavə məlumat verəcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər