İƏT PA Konfransının iştirakçılarının Şuşaya səfər proqramı açıqlanıb
Tarix: 18-05-2022 11:14 | Bölmə: Cəmiyyət
İƏT PA Konfransının iştirakçılarının Şuşaya səfər proqramı açıqlanıb

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçılarının Şuşaya səfər proqramı açıqlanıb.

Bu gün konfrans iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı və Türk Dünyasının 2023-cü il üzrə Mədəniyyət Paytaxtı Şuşa şəhəri ilə tanış olacaqlar.

Daha sonra onlar Şuşa qala divarları, Şəhər meydanı, X.Natavanın malikanəsi, Cıdır düzü və M.P.Vaqifin məqbərəsinə baş çəkəcəklər.

Qeyd edək ki, dünən Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçirilib. Konfransda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf, İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzad, Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayeva, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov və Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyətləri, o cümlədən Tacikistan Nümayəndələr Palatasının üzvləri iştirak ediblər




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər