İƏT PA-nın rəsmiləri Şuşada “Güllələnmiş heykəllər”i ziyarət ediblər
Tarix: 18-05-2022 13:33 | Bölmə: Cəmiyyət
İƏT PA-nın rəsmiləri Şuşada “Güllələnmiş heykəllər”i ziyarət ediblər

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşa şəhərində Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərini ziyarət ediblər.

Məlumata görə, Azərbaycan əsilli məşhur Fransa fotoqrafı Reza Deqati “Güllələnmiş heykəllər”lə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədirlər.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər