Bakıda 7 məktəb onlayn tədrisə keçib - Siyahı
Tarix: 06-06-2022 14:23 | Bölmə: Cəmiyyət
Bakıda 7 məktəb onlayn tədrisə keçib

Bakıda keçiriləcək "Formula 1" yarışması ilə əlaqədar 6-14 iyun tarixlərində bir neçə məktəbdə tədris onlayn qaydada təşkil ediləcək.

Reyting.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onlayn tədrisə keçənlər 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumi təhsil müəssisələridir.

Nazirlik rəsmisinin sözlərinə görə, bu barədə məktəb və valideynlərə məlumat verilib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:08 Sabah yağış yağacaq