İqtidardan anti-demokratik addım; media gərəksiz və gücsüz sahəyə çevirilir
Tarix: 09-12-2015 12:55 | Bölmə: Cəmiyyət / Xəbərlər


Azərbaycanda media qarşısında qoyulan qadağaların sayı sürətlə artmaqdadır. Bundan bir müddət öncə "MTN işi” və vəzifəli şəxslərlə bağlı əsassız məlumatlar yayıldığını əsas gətirən rəsmilər, bu qadağanı pozan bir sıra KİV rəhbərlərinə Baş Prokurorluq vasitəsi ilə xəbərdarlıq ünvanladı.

Bugünlərdə isə dini ekstremizmlə mübarizə çərçivəsində jurnalistlərə bəzi məsələlərlə bağlı ictimaiyyətə məlumat vermək yasaqlanıb ki, bu da bir sıra məqamları özündə ehtiva edir.

Görəsən, media ilə bağlı qadağaların sürətlə artması Azərbaycan mediasının bu günü və gələcəyi üçün nə vəd edir?

Reyting.azxəbər verir ki, məsələ ilə ağlı Moderator.az-aaçıqlama verənTuran İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevhesab edir ki, hakimiyyətin media ilə bağlı həyata keçirdiyi siyasət, tətbiq edilən qadağa və yasaqlar bu sahəni artıq indidən gərəksiz, gücsüz bir sahəyə çevirib:

"Azərbaycanda media prinsip etibari ilə gərəksiz və dişsiz bir sahəyə çevrilib. Ölkəmizdə media orqanlarının əksəriyyəti hakimiyyətin nəzarətindədir və administrasiya rəsmilərinindən sadəcə birinin çıxışı kifayət etdi ki, hamı əsas mövzulardan üz döndərib tamam başqa məsələlərə doğru istiqamətlənsin. Bu gün "MTN işi” ilə bağlı mövzu demək olar ki, gündəmdən çıxıb. Hakimiyyət bu günə qədər kimlərisə maliyyə vasitəsi ilə ələ alır, bu yolla idarə edirdi. Kimlərisə döyür və ya həsb edir, bu yolla onları "tərbiyələndirirdi”.

Görünür, indi bütün bunlar kifayət etmir. Müxtəlif sosial şəbəkələr, onlayn media və s.-nin genişlənməsi informasiya axınını çoxaldıb. Buna görə də hakimiyyət ənənəvi üsullarla mediaya nəzarət edə bilmir. Bu səbəbdən də qadağa və yasaqlaırn siyahısını genişləndirir, vəziyyəti bu qadağalar vasitəsi ilə nəzarətə götürməyə çalışırlar. Hakimiyyət istəyir ki, heç kim heç nə danışmasın və ya hər kəs məhz onun istədiyini danışsın”.

M.Əliyevin qənaətincə, son vaxtlar hakimiyyətin problemlərinin qabarması və açıq şəkildə ortaya çıxması fonunda rəsmilər medianın susdurulmasına daha çox ehtiyac duyur:

"Son zamanlar bütün mövzular, bütün məsələlər hakimiyyətin problemi ilə bağlıdır, müxalifətin problemləri ilə bağlı deyil. Hakimiyyət daxilindəki qarşıdurmalar, üzə çıxan açıq çəkişmələr, yeyintilər, həbslər, yanğınlar, dağıntılar və s. hakimiyyətin səriştəsizliyi və peşəkarlığının aşağı olmasından qaynaqlanır. Rüşvət və korrupsiya ilə bağlı olaylar da göstərir ki, Azərbaycanda neqativ hallar artmaqda davam edir. Buna qarşı da insanlara qəzəb və narahatlıq artır. Hakimiyyət də bunu görür. Bəzi media orqanları da baş verənləri obyektiv şəkildə işıqlandırmağa çalışır. Hakimiyyət isə cəmiyyətin əlavə informasiyaya malik olmasında maraqlı deyil. Məqsəd medianı idarə etmək və onların vasitəsi ilə cəmiyyətin idarə edilməsini həyata keçriməkdir”.

Ekspertin fikrincə, bu günə qədər media qarşısında qoyulan qadağalar informasiya axınının qarşısını ala bilmədiyi kimi, bundan sonra tətbiq ediləcək qadağalar hakimiyyətin gözləntisini doğrultmayacaq:

"Bundan öncə də media qarşısında cürbəcür məhdudiyyətlər qoyulurdu. Bu, yeni bir şey deyil. Media tariximizə baxsaq görərik ki, 1998-ci ildən etibarən aktiv şəkildə bu proses gedib. Yenə məhdudiyyətlərin gündəmə gəlməsi göstərir ki, hakimiyyət ortaya qoyduğu bütün səylərə rəğmən, informasiya axınının qarşısını ala bilmir. Əslində, gələcəkdə də bunun qarşısını ala bilməyəcək. Bu gün Azərbaycanda xeyli sayda media resursu var ki, onlar xaricdədir. Xaricdən yayımlanır, xeyli sayda insan onu oxuyur. Ona necə qadağa qoyacaqsınız? Qadağa qoyduqca bu tip media resurslarının sayı xaricdə daha da artacaq. Hakimiyyət sabah məcbur qalıb yeni qadağalara əl atacaq. Qanun şəklinə salıb bildirəcəklər ki, filan-filan saytarı oxumaq qadağandır. M.Əliyev bildirib ki, bu yolla problemi həll eləmək mümkün deyil. Onun sözlərinə görə, ölkədəki anormal idarəçilik, mövcud atmosfer davam edirsə, tətbiq edilən qadağaların da olmayacaq.

M.Əliyevin qənaətincə, media ilə normal münasibətlər qurmaq üçün ölkədə normal, demokratik idarəçiliyə ehtiyac var və nə qədər ki, belə bir idarəçilik yoxdur, heç nə qaydasında olmayacaq:"Media ilə normal münasibətlər qurmaq, normal informasiya siyasəti həyata keçirmək üçün normal mühit yaranmalıdır. Bunu isə iqtidar etməlidir. Ölkədə demokratik, azad seçkilər keçirilməli, xalqın rəyi nəzərə alınmalıdır. Müəyyən qüvvələrin hakimiyyətə gəlməyi də, hakimiyyətdən getməyi də xalqın rəyi əsasında həyata keçirilməlidir. Hər şey seçki yolu ilə həyata keçirilməlidir. Korrupsiya olmamalıdır. Şəffaflıq omalıdır. Normal, demokratik münasibətlərə başqa bir alternativ yoxdur. Bütün məhdudiyyətlərin, bütün qadağaların heç bri fayda verməyəcək. Biz bununla vaxt itiririk. Vəziyyət isə günü-gündən pisləşir, problemlər artır. Bu cür siyasət və düşüncə tərzi ilə yaxşı nəyəsə nail olmaq mümkün olmayacaq”.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah leysan yağacaq
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq

bütün xəbərlər