14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Azərbaycan və İtaliya hərbi ekspertləri arasında görüş olub
Tarix: 21-07-2022 15:09 | Bölmə: Cəmiyyət
Azərbaycan və İtaliya hərbi ekspertləri arasında görüş olub

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.

Reyting.az
xəbər verir ki, görüşdə qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Hər iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq planına əsasən keçirilən görüşlərin səmərəliliyi qeyd olunub.

İtaliya tərəfi də öz növbəsində gələcək inkişaf perspektivlərinin müzakirəsində və mövcud qabaqcıl təcrübələrin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}