13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Sabah rayonlarda yağış yağacaq
Tarix: 22-07-2022 13:05 | Bölmə: Cəmiyyət
Sabah rayonlarda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyulun 23-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq