Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 26-07-2022 12:28 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Reyting.az
xəbər verir ki, sabah gündüz havanın arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}