Vitse-prezident: “AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”
Tarix: 29-07-2022 12:22 | Bölmə: Cəmiyyət
Vitse-prezident: “AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”

“Bugünkü iclasda AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”.

Reyting.az
xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, bugünkü iclas daha çox idarəetmənin yenidən qurulması, təkminləşdirilməsi, müasirləşməsi, ölkə reallığına uyğunlaşdırılması və dünya təcrübəsinə inteqrasiyası ilə bağlı olub: “Bu formatda idarə olunacaq elmin gələcəkdə hansı nəticəni verəcəyi proseslərin qurulmasından və ailmlərin təşəbbüsləri dəyərləndirməyindən və zəhmətindən asılıdır. Bugünkü iclasda isə AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”




Bölməyə aid digər xəbərlər