16:39 / 28-11-2024
Sabah qar yağacaq
Birdəfəlik ödənişi alan Qarabağ qazisi: "Həmin pulu problemlərimin həllinə xərcləyəcəm"
Tarix: 03-08-2022 13:14 | Bölmə: Cəmiyyət
Birdəfəlik ödənişi alan Qarabağ qazisi: "Həmin pulu problemlərimin həllinə xərcləyəcəm"

"Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin veriləcəyini bilirdim. Ancaq prosesin bu qədər tez bir zamanda həyata keçiriləcəyini gözləmirdim. Bu, Ali Baş Komandan, Prezident İlham Əliyevin qazilərə göstərdiyi diqqətin növbəti təzahürüdür".

Reyting.az
xəbər verir ki, bunu "Report"a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ikinci qrup əlil Əhmədxan Abdullayev deyib.

1969-cu il təvəllüdlü Qarabağ qazisi 1990-ci ildə hərbi xidmətə yollandığını bildirib: "1990-1993-cü illərdə hərbi xidmətdə oldum. 1993-cü il aprelin 14-də Ağdərə rayonunun Şişqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə minaya düşmüşəm. Hadisə nəticəsində sağ ayağım dizdən aşağı ambutasiya olunub. Bu müddət ərzində dövlətim, xalqım tərəfindən mənə heç bir məsələdə yox cavabı verilməyib, hər cür dəstək göstərilib. Cənab Prezidentin tapşırığı ilə müharibə əlillərinə verilən evlərdən biri də mənə qismət olub. Belə ki, Ali Baş Komandanımız mənə Bakı şəhərinin Hövsan qəsəbəsi ərazisində üçotaqlı, yüksək təmirli mənzil də verib. Bütün diqqətə görə Prezidentimizə təşəkkür edirəm".

Ə.Abdullayev müharibə əlillərinin problemlərinin, qayğılarının, sosial məsələlərinin həllinin hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğunu qeyd edib: "Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi bunu sübut edən faktlardan biridir. Mən və əhatəmdə olan digər Birinci Qarabağ müharibəsi qaziləri Prezidentimizin bu addımını yüksək qiymətləndiririk. Prezidentimizə və Birinci vitse-prezidentimizə dua edirik. 1993-cu ildə ulu öndər Heydər Əliyev bizi oddan, bəladan qurtardı. Onun oğlu isə bu dövləti dünyanın güclü ölkələrindən birinə çevirdi".

Birinci Qarabağ müharibəsi qazisi ona II dərəcə əlilliyə görə 6 600 manat ödənişin edildiyini deyib: "Bir qədər əvvəl həmin məbləği aldım. Mənə verilən pulla vergiyə və avtomobilimə görə olan borcumu ödəyəcəm. Mən bir daha Prezidentimizə təşəkkür edirəm".

Qeyd edək ki, Baş nazir Əli Əsədov avqustun 2-də “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərarla Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat məbləğində birdəfəlik ödəmə ediləcək.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır:

- 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;

- Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər;

- Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər