13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Bakıda qadın bir yaşlı övladının yeməyinə zəhər qataraq qətlə yetirib
Tarix: 12-09-2022 10:31 | Bölmə: Cəmiyyət
Bakıda qadın bir yaşlı övladının yeməyinə zəhər qataraq qətlə yetirib

Bakıda qadın 1 yaşlı övladının yeməyinə zəhər qataraq qətlə yetirib.

Reyting.az
Suraxanı Rayon Prokurorluğuna istinadla bildiirr ki, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq