Nazirlik yeni formalarla bağlı məktəb direktorlarına tapşırıq verib
Tarix: 12-09-2022 15:10 | Bölmə: Cəmiyyət
Nazirlik yeni formalarla bağlı məktəb direktorlarına tapşırıq verib

Elm və Təhsil Nazirliyi məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verib.

Reyting.az
xəbər verir ki, 2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur: "Şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Elm və Təhsil Nazirliyinin 146-6, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin isə 146-1 "Çağrı Mərkəzi" ilə əlaqə yarada bilərlər".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}