XTQ-nin şəhid giziri Kürdəmirdə dəfn edilib
Tarix: 14-09-2022 12:17 | Bölmə: Cəmiyyət
XTQ-nin şəhid giziri Kürdəmirdə dəfn edilib

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri, 1991-ci il təvəllüdlü Nəzər Əzizov Kürdəmir rayonunda dəfn edilib.

Reyting.az
xəbər verir ki, 31 yaşlı şəhidimizin nəşi doğulub boya-başa çatdığı rayonun Dəyirmanlı kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə N.Əzizovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}