Şəhid Azər Məmmədov Qazaxda dəfn olunub
Tarix: 14-09-2022 17:44 | Bölmə: Cəmiyyət
Şəhid Azər Məmmədov Qazaxda dəfn olunub

Ermənistanın təxribatları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qazaxda dəfn olunub.

Məlumata görə, Qazax rayon Kəmərli kənd sakini, 1993-cü il təvəllüd, Azər Mustafa oğlu Məmmədovla Qazax rayon Kəmərli kəndində, ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Şəhid Kəmərli kənd Qəbristanlığında olan Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}