Uşaqların bağçalara qəbulu sistemi müvəqqəti işləməyəcək
Tarix: 14-09-2022 22:36 | Bölmə: Cəmiyyət
Uşaqların bağçalara qəbulu sistemi müvəqqəti işləməyəcək

15-22 sentyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində qrupların komplektasiyası ilə bağlı bq.edu.az üzərindən müvəqqəti olaraq növbə yaratmaq mümkün olmayacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildiriblər.

Məlumata görə, 22 sentyabrdan isə qəbul sistemi yenidən aktivləşəcək və ilboyu fəaliyyət göstərəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi 22 iyul 2022-ci il tarixindən mərhələli şəkildə həyata keçirilir. Hazırda ölkə üzrə məktəbəqədər təhsil müəssisələri üçün 18 828 sorğu və 28 185 növbə yerləşdirilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}