Zakir Həsənov şəhid qardaşının rüşvət iddiasının araşdırılması üçün tapşırıq verib
Tarix: 15-09-2022 11:51 | Bölmə: Cəmiyyət
Zakir Həsənov şəhid qardaşının rüşvət iddiasının araşdırılması üçün tapşırıq verib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb: "Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir".

Xatırladaq ki, şəhidin qardaşı dünən sensasiyalı açıqlama verib. O bildirib ki, qardaşının komanda birliyində xidmət etməsi üçün 6 min manat rüşvət alıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}