Gənc əsgərlərin əksəriyyəti yaxın təmas döyüşündə şəhid olmayıblar
Tarix: 15-09-2022 18:05 | Bölmə: Cəmiyyət
Gənc əsgərlərin əksəriyyəti yaxın təmas döyüşündə şəhid olmayıblar

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların arasında gənc əsgərlərin də olması ictimaiyyətin diqqətini çəkib.

“Qafqazinfo” xəbər verir ki, məsələyə hərbi ekspert Heydər Mirzə də münasibət bildirib.

H. Mirzə Facebook-dakı paylaşımında qeyd edib ki, döyüşlərdə artilleriyadan çox istifadə olunub: “Düşünürəm ki, düşmən bizim arxa eşelonlarımızda olan bəzi hissələrimizə zərbələr endirə bilib. Gənc heyət itkiləri də bu səbəbdən ola bilər.

Təəssüflər olsun ki, düşmən buna imkan tapa bilib, kəşfiyyatı da işləyib. Amma məndə olan məlumata görə, gənclərin əksəriyyəti yaxın təmas döyüşündə şəhid olmayıblar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}