Şəhid Nihat Verdiyev Gəncədə dəfn olunub - Fotolar
Tarix: 16-09-2022 16:52 | Bölmə: Cəmiyyət
Şəhid Nihat Verdiyev Gəncədə dəfn olunub

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Laçın istiqamətində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər 2003-cü il təvəllüdlü Verdiyev Nihad Nicat oğlu sentyabrın 16-da Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Reyting.az
xəbər verir ki, vida mərasimində Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, QMİ-nin Qazilər Şurasının üzvü, Gəncə İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov, rayon hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və KİV mənsubları iştirak ediblər.

Əslən Daşkəsən rayonundan olan şəhid N. Verdiyev yaylım atəşi sədaları altında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!










Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}