MN şəhidin qardaşının təkzib videosu ilə bağlı açıqlama yayıb: "Bizlik deyil"
Tarix: 16-09-2022 18:54 | Bölmə: Cəmiyyət
MN şəhidin qardaşının təkzib videosu ilə bağlı açıqlama yayıb: "Bizlik deyil"

Müdafiə Nazirliyi sosial şəbəkələrdə paylaşılan videogörüntülərlə bağlı açıqlama verib.

Nazirlikdən Reyting.az-a daxil olan açıqlamada deyilir:

"Sosial şəbəkələrdə məlum foto və videogörüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığını qətiyyətlə bildiririk. Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur.

Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!".

Qeyd edək ki, sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun müraciəti yayılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}