07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Şəhid Nicat Qarazadə 2-ci Fəxri xiyabanda dəfn olunub
Tarix: 17-09-2022 15:46 | Bölmə: Cəmiyyət
Şəhid Nicat Qarazadə 2-ci Fəxri xiyabanda dəfn olunub

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan əsgəri Nicat Qarazadə Bakıda dəfn edilib.

Reyting.az
 xəbər verir ki, şəhid 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov, dövlət rəsmiləri, deputatlar, N.Qarazadənin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Nicat Malik oğlu Qarazadə 2002-ci ildə anadan olub.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}