Bayden koronavirus pandemiyasının bitdiyini deyir, Ağ Ev rəsmiləri isə...
Tarix: 19-09-2022 10:22 | Bölmə: Cəmiyyət
Bayden koronavirus pandemiyasının bitdiyini deyir, Ağ Ev rəsmiləri isə...

ABŞ prezidenti Co Bayden koronavirus pandemiyasının arxada qaldığını deyib.

Reyting.az
xəbər verir ki, bu barədə Bayden CBS telekanalına müsahibəsində bildirib.

“Pandemiya bitdi. Hələ də COVID-lə bağlı problemimiz var. Biz hələ də bəzi məsələlər üzərində işləyirik. Heç kim maska taxmır. Görünür, hamı yaxşı vəziyyətdədir”, - deyə Bayden əlavə edib.

Onu da qeyd edək ki, C. Baydenin COVID-19 pandemiyasının sona çatması ilə bağlı açıqlaması Ağ Evin səhiyyə rəsmilərini təəccübləndirib.

Bu barədə “Politico” qəzeti mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, Baydenin CBS telekanalına verdiyi müsahibədə ABŞ-da COVID-19 pandemiyasının bitməsi ilə bağlı çıxışı bəzi səhiyyə işçilərinin təəccübünə səbəb olub.

Həmçinin, ABŞ Prezident Administrasiyasının iki rəsmisi müsahibə çərçivəsində bu bəyanatın nəzərdə tutulmadığını qeyd edib.

Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, son 28 gündə ABŞ-da 2 milyondan çox koronavirusa yoluxma faktı aşkarlanıb, 12 mindən çox insan ölüb.(APA)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}