13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Zaqatalada 2,4 ton narkotik tərkibli bitki məhv edilib
Tarix: 19-09-2022 16:54 | Bölmə: Cəmiyyət
Zaqatalada 2,4 ton narkotik tərkibli bitki məhv edilib

Zaqatalada 2,4 ton narkotik tərkibli bitki məhv edilib.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Üçüncü Tala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Ümumi çəkisi 2 ton 400 kiloqram olan 3756 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq