İcra Hakimiyyəti əməkdaşının meyiti iş otağında tapılıb
Tarix: 19-09-2022 19:46 | Bölmə: Cəmiyyət
İcra Hakimiyyəti əməkdaşının meyiti iş otağında tapılıb

Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini, 1987-ci il təvəllüdlü Əhəd Cavanəli oğlu Behbudovun iş otağında meyiti tapılıb.

Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.

Ölümün səbəbi araşdırılır.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma başlayıb.




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb