09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Müəllimlərdən pul tələb edən məktəb direktoru vəzifədən azad olunub
Tarix: 20-09-2022 09:38 | Bölmə: Cəmiyyət
Müəllimlərdən pul tələb edən məktəb direktoru vəzifədən azad olunub

Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifədən azad olunub.

“Trend”in məlumatına görə, araşdırma aparılaraq akt tərtib olunub və məktəbin direktoru tutduğu vəzifədən kənarlaşdırılıb.

Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı.

Məktəbin direktoru müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər