Mətbuat Şurasına sədr seçilib
Tarix: 24-09-2022 15:29 | Bölmə: Cəmiyyət
Mətbuat Şurasına sədr seçilib

Bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib.

Reyting.az
xəbər verir ki, qurultay çərçivəsində həyata keçirilən səsvermədə "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

Rəşad Məcid jurnalistlərə açıqlamasında deyib ki, İdarə Heyətinə seçilən yeni üzvlərlə birlikdə Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacaq.

R. Məcidin sözlərinə görə, Mətbuat Şurası jurnalist adına xələl gətirən insanlara müraciət edəcək:

“Biz onları etik davranışlara uyğun olaraq fəaliyyət göstərməyə çağıracağıq. Mətbuat Şurası əvvəlki ənənələrini daha da inkişaf etdirəcək. Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərindən olan gözləntilərinin doğrulması sahəsində Mətbuat Şurasının böyük rolu olacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}