14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Reyestr üçün jurnalistlərdən hansı məlumatlar tələb olunacaq?
Tarix: 26-09-2022 15:59 | Bölmə: Cəmiyyət
Reyestr üçün jurnalistlərdən hansı məlumatlar tələb olunacaq?

Reyestrdə jurnalistlərin hansı məlumatlarının olacağı bilinib.

Bu, prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb.

Qeyd olunub ki, reyestrdə jurnalistin soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları; verilmiş jurnalist vəsiqəsi (o cümlədən olduğu halda əvvəllər verilmiş) haqqında məlumat (nömrəsi, verilmə tarixi, etibarlılıq müddətinin bitdiyi tarix); jurnalistin əmək və ya mülki hüquqi müqaviləsi, habelə əmək fəaliyyəti haqqında ümumi məlumat; fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i; jurnalistin ali təhsili haqqında məlumat; jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}