14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Prokuror MTN generalına ağır cəza verilməsini və rütbəsinin alınmasını istəyir
Tarix: 28-09-2022 11:43 | Bölmə: Cəmiyyət
Prokuror MTN generalına ağır cəza verilməsini və rütbəsinin alınmasını istəyir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Reyting.az
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Səmədov çıxış edib.

Prokuror Nizami Şirinovun 12 il, Elcan Abdullayev və Nadir Tahirovun 11 il azadlıqdan mərhum edilməsini, Elman Tahirovun isə barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilməsini istəyib.

Dövlət ittihamçısı qeyd edib ki, zaminə buraxılmış Elcan Abdullayev və Nadir Tahirovun məhkəmə zalından həbs olunmalıdırlar.

Çıxışda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının da müsadirə olunması qeyd olunub.

Onu da qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinovun general rütbəsinin alınması da tələb olunur.

Dövlət ittihamçısı Orxan Səmədov çıxışında Nizami Şirinovun general rütbəsinin alınması üçün dövlət başçısına təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilməsini istəyib.(APA)

Xatırladaq ki, Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}