12 850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə təmin edilib
Tarix: 30-09-2022 09:34 | Bölmə: Cəmiyyət
12 850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə təmin edilib

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibə əlillərinin sosial təminatı ilə bağlı tədbirlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən bildiriblər ki, postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə əlillərinə 3850 mənzil verilib. Eyni zamanda postmüharibə dövründə müharibə əlillərinə 264 avtomobil təqdim edilib.

Ümumilikdə ötən dövrdə 12 850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7 500 müharibə əlili avtomobillə təmin edilib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}