09:04 / 05-05-2025
Dəm qazı yenə can alıb
Agentliyə Aparat rəhbəri təyin edilib
Tarix: 30-09-2022 10:08 | Bölmə: Cəmiyyət
Agentliyə Aparat rəhbəri təyin edilib
Xudayət Həsənli

Əqli Mülkiyyət Agentliyinin strukturunda yeni təyinatlar olub.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, Natiq İsayev dövlət qulluğunda çalışmanın son yaş həddinə çatdığına görə Agentliyin Aparat rəhbəri vəzifəsindən könüllü pensiyaya çıxıb və onun yerinə Xudayət Həsənli təyin edilib.

X. Həsənli daha əvvəl Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru vəzifəsində çalışıb. Hazırda həmin mərkəzin direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Anar Hüseynov icra edir.

Bundan əlavə, Agentliyin Əqli mülkiyyətin təhlili və siyasəti şöbəsinin müdiri Rüstəm Ağayev də dövlət qulluğunda çalışmanın son yaş həddinə çatdığına görə könüllü pensiyaya çıxıb.

Onun yerinə Rəcəf Orucov təyin edilib.




Bölməyə aid digər xəbərlər