17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Daha bir nəfər Xocavənddə minaya düşüb
Tarix: 02-10-2022 15:02 | Bölmə: Cəmiyyət
Daha bir nəfər Xocavənddə minaya düşüb

Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən bildiriblər.

Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

Hadisə ilə bağlı həm ANAMA, həm prokurorluq araşdırma araşdırma aparır.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, oktyabrın 2-si saat 11 radələrində baş vermiş hadisənin ilkin araşdırması zamanı bəlli olub ki, R. Kərimzadə həmin ərazidə təmir-tikinti işləri üzrə fəhlə işləyirmiş.

Ətraflı araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}