Sabahın hava proqnozu açıqlanıb
Tarix: 07-10-2022 12:45 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Sabah, oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Reyting.az xəbər verir ki, sabah havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}