Bağçada işləmək istəyən müəllimlər psixoloji testə cəlb olunacaq
Tarix: 10-10-2022 10:47 | Bölmə: Cəmiyyət
Bağçada işləmək istəyən müəllimlər psixoloji testə cəlb olunacaq

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu zamanı namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar.

Reyting.az
Elm və Təhsil Nazirliyinə istinadla xəbər verir ki, işə qəbul üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib. Minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.

Namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, test imtahanı və müsahibə nəticəsi nəzərə alınaraq, namizədlərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}