09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Hüquqi şəxslərlə bağlı daha bir dəyişiklik olacaq - Detallar
Tarix: 11-10-2022 13:08 | Bölmə: Cəmiyyət
Hüquqi şəxslərlə bağlı daha bir dəyişiklik olacaq

Hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsinə görə müddət müəyyənləşir.

Reyting.az
xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış Cinayət Məcəlləsində dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə məcəlləyə yeni 99-10-cu maddə (Hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi üçün tələb olunan müddət) əlavə edilib.

Yeni maddəyə əsasən, hüquqi şəxs aşağıdakı hallarda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab ediləcək:

1. Böyük ictimai təhlükə törətməyən cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən 1 il keçdikdə;

2. Az ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən 2 il keçdikdə;

3. Ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən 6 il keçdikdə;

4. Xüsusilə ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən 8 il keçdikdə;

Dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər