09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Bu qaydanı pozan vəzifəli şəxslər 300 manatadək cərimə ediləcək
Tarix: 12-10-2022 14:36 | Bölmə: Cəmiyyət
Bu qaydanı pozan vəzifəli şəxslər 300 manatadək cərimə ediləcək

Azərbaycanda ölümün qeydə alınması qaydasının pozulmasına görə cərimələr müəyyənləşir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 562-1-ci maddə (Ölümün qeydə alınması qaydasının pozulması) əlavə olunur.

Yeni maddəyə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər