Bakıdan Naxçıvana uçan təyyarə mənzil başına çatmadan geri qayıdıb
Tarix: 13-11-2022 12:28 | Bölmə: Cəmiyyət
Bakıdan Naxçıvana uçan təyyarə mənzil başına çatmadan geri qayıdıb

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq məcburiyyətində qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildiriblər.

Təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda enib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.




Bölməyə aid digər xəbərlər
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq