Komitə: "Xarici dairələrin təsirlərinə məruz qalmayan şəxslərin din xadimi təyin olunmasına üstünlük veriləcək"
Tarix: 14-11-2022 12:45 | Bölmə: Cəmiyyət
Komitə: "Xarici dairələrin təsirlərinə məruz qalmayan şəxslərin din xadimi təyin olunmasına üstünlük veriləcək"

“Azərbaycanda bundan sonra da xarici dairələrin təsirlərinə məruz qalmayan şəxslərin din xadimi təyin olunmasına üstünlük veriləcək”.

Reyting.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qanunda xaricdə dini təhsil almış şəxslərin din xadimi kimi fəaliyyət göstərməsinə müəyyən məhdudiyyət var: "Ancaq istisna hallarda xüsusi yoxlamadan keçdikdən sonra müsbət rəy olduğu halda onları din xadimi təyin edirik. Bundan sonra da biz sağlam düşüncəli, yəni təsirlərə məruz qalmayanların din xadimi təyin olunmasını planlaşdırırıq”




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər