Bərdədə qadına bıçaqla hücum edən Kəlbəcər sakini tutulub
Tarix: 14-11-2022 15:08 | Bölmə: Cəmiyyət
Bərdədə qadına bıçaqla hücum edən Kəlbəcər sakini tutulub

Bərdədə qadına bıçaqla hücum edən Kəlbəcər sakini tutulub.

Reyting.az
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadla xəbər verir ki, noyabr ayının 13-də naməlum şəxsin bir qadına hücum edərək çantasını ələ keçirtməyə cəhd göstərməsi, müqavimətlə üzləşdikdə isə bıçaqla xəsarət yetirməsi barədə Bərdə Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Emin Qarayev saxlanılıb. Həmçinin hadisə zamanı istifadə edilən bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də E.Qarayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}