Şəkidə "İdman festivalı 2022" start götürüb
Tarix: 14-11-2022 17:49 | Bölmə: Cəmiyyət
Şəkidə "İdman festivalı 2022" start götürüb

Şəkidə "İdman festivalı 2022" start götürüb.

Məlumata görə, bu gün başlayan və Şəki Olimpiya İdman Kompleksində keçirilən festivalda 23 idman növü üzrə 149 idmançı, 35 məşqçi iştirak edir. Festival noyabrın 19-dək davam edəcək.

Noyabrın 14-ü 15-i və 16-da idmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunacaq. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi şəxslərlə görüşlər keçiriləcək. Eləcə də, Şəki şəhərinə ekskursiya təşkil ediləcək.

Noyabrın 17-i, 18-i və 19-da isə idmançılar şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcəklər. Bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılacaqlar.

Qeyd edək ki, "İdman festivalı 2022" ilk dəfə olaraq Şəkidə təşkil olunur/Report




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}