Bakıda körpə ölümü ilə bağlı cinayət işi açılıb
Tarix: 15-11-2022 15:46 | Bölmə: Cəmiyyət
Bakıda körpə ölümü ilə bağlı cinayət işi açılıb

Bakıda körpə ölümü ilə bağlı cinayət işi açılıb.

Reyting.az
Yasamal Rayon Prokurorluğuna istinadla xəbər verir ki, bu il iyulun 26-da “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” Publik Hüquqi Şəxsin doğum şöbəsində anadan olmuş uşağın ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilsə də, yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olan infeksion yoluxma baş vermiş və nəticədə uşaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər