Gəncə Kardioloji Xəstəxanasına baş həkim təyinatı olub
Tarix: 16-11-2022 18:11 | Bölmə: Cəmiyyət
Gəncə Kardioloji Xəstəxanasına baş həkim təyinatı olub

Emralı Yusifov Gəncə Kardioloji Xəstəxanasına baş həkim təyin olunub.

Bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

E.Yusifov bu təyinatadək həmin xəstəxananın Miokard infarktı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Gəncə Kardioloji Xəstəxanasının keçmiş baş həkimi Fəxrəddin Namazov bir müddət öncə yaş həddinə görə təqaüdə göndərilib.

Xatırladaq ki, bu xəstəxana "Gəncə şəhər Birləşmiş Xəstəxanası" Publik Hüquqi Şəxsin tabeliyindədir/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər