2026-cı ilədək Qarabağ zonasına 34500 ailə köçürüləcək
Tarix: 16-11-2022 19:57 | Bölmə: Cəmiyyət
2026-cı ilədək Qarabağ zonasına 34500 ailə köçürüləcək

2026-cı ilədək azad edilən ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur.

Reyting.az
xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi planlaşdırılır.

2025-ci ilədək 10 270, 2026-cı ilədək isə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur.

Bundan əlavə, 2026-cı ilə qədər Laçın rayonunun Zabux kəndində su anbarının tikintisi nəzərdə tutulub.

Zabuxçay su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikinti işlərinin aparılması, Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər