Məhbuslara həftdə iki dəfə telefonla danışmaq və ya videogörüş keçirmək icazəsi veriləcək
Tarix: 18-11-2022 16:50 | Bölmə: Cəmiyyət
Məhbuslara həftdə iki dəfə telefonla danışmaq və ya videogörüş keçirmək icazəsi veriləcək

Prezident İlham Əliyev Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında yeni qanunu təsdiqləyib.

Reyting.az
xəbər verir ki, qanuna əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar.

Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz ediləcək.

Həmçinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla videogörüşlərə icazə verilməyəcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər