Gələn ay Ağalıya bir qrup ailə köçürüləcək
Tarix: 21-11-2022 11:55 | Bölmə: Cəmiyyət
Gələn ay Ağalıya bir qrup ailə köçürüləcək

"Növbəti ayda daha bir qrup ailənin Ağalıya köçürülməsi planlaşdırılıb".

Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Ağalı kəndində 200 ağıllı evin tikintisi nəzərdə tutulmuşdu: "Onlardan 87-si tikilərək, istifadəyə verilib, 113 evdə isə təmir-tikinti işləri davam etdirilir. Hazırda Ağalıda kiçik sahibkarların yerləşdirilməsi işləri aparılır və istehsal prosesinin yaradılması planlaşdırılır. Kənd əhalisinin əksəriyyəti işlə təmin edilib"/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər