İmişlidə dələduzluq edən Beyləqan sakini saxlanılıb
Tarix: 22-11-2022 11:00 | Bölmə: Cəmiyyət
İmişlidə dələduzluq edən Beyləqan sakini saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların pullarını mənimsəyən Beyləqan rayon sakini Hüseyn Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, H.Həsənov bir nəfər qohumunun etibarından istifadə edərək ona üzləşdiyi problemim həlli istiqamətində köməkliklər göstərəcəyi barədə yalan vədlər verib və zərərçəkənin 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər