Müstəntiq DİN Katibliyinin rəis müavini təyin olunub
Tarix: 28-11-2022 16:55 | Bölmə: Cəmiyyət
Müstəntiq DİN Katibliyinin rəis müavini təyin olunub

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

Reyting.az
-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub. Bu barədə nazir Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə R. Allazov DİN-nin Katibliyinin rəis müavini təyin olunub.

Qeyd edək ki, DİN-nin Katibliyi baş idarə statusundadır və nazirliyin inzibati işlərinin təşkilini həyata keçirir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}