14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Sumqayıtda 46 yaşlı şəxs öldürülüb, qadın saxlanılıb
Tarix: 30-11-2022 11:17 | Bölmə: Cəmiyyət
Sumqayıtda 46 yaşlı şəxs öldürülüb, qadın saxlanılıb

Sumqayıtda 46 yaşlı kişi öldürülüb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, noyabrın 30-u saat 10 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən yyadığı məlumata görə, polis əməkdaşları tərəfindən A.Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


O, saxlanılaraq istintaqa təhvil verilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}