00:04 / 16-09-2025
Qurban Qurbanov: “Benfika” ilə oyuna yaxşı hazırlaşa bilmədik”
23:12 / 15-09-2025
"Qarabağ"ın futbolçusu: "Benfika"nı yaxşı təhlil etmişik"
20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

22:10 / 12-09-2025

Federasiya prezidenti Bakı sakininin əmlakını ələ keçirib
Tarix: 06-12-2022 20:51 | Bölmə: Cəmiyyət

Bakı şəhər sakini, iş adamı Akimov Kamal Akimoviç Cinayət Məcəlləsinin 182.3.2-ci (Zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir.
İddiaçı isə Azərbaycanda kifayət qədər tanınmış şəxs – “Azimport” MMC-nin rəhbəri, Əməkdar İdman Ustası, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdur.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hazırlıq iclası dekabrın 9-na təyin olunub.
Adıçəkilən MMC Bakıda bir çox irimiqyaslı infrastruktur layihələrinin podraçısı olub.
Maraqlıdır, kifayət qədər imkanlı, mühüm əlaqələri olan MMC rəhbəri Kamal Akimovdan niyə şikayət edir?
Reyting.az-ın məlumatına görə, bu barədə “AzPolitika.info”ya müraciət edən iş adamı məlumat verib, həmçinin sənədlər təqdim edib. “2012-ci ilin avqust ayında qardaşım zəng edərək Səbail rayonu, Ziya Yusifzadə küçəsi (keçmiş Xanlar küçəsi) 8 ünvanında yerləşən mənə məxsus əmlakı satıb-satmadığımı soruşdu. Satmadığımı bildirdim. Qardaşım dedi ki, əraziyə ağır texnika cəlb edilib, bina sökülür. Xatırladım ki, 196 kvadrat metr torpaq sahəsinin üzərində yerləşən 146 kvadrat metr qeyri-yaşayış sahəsini bir neçə il əvvəl 390 min dollara almışdım. Qardaşımla danışdıqdan sonra dərhal həmin ünvana getdim, məlum oldu ki, "Hyundai" markalı ekskavator qeyri-yaşayış sahəsinin söküntüsünə başlayır. Qonşularımız da hadisə yerində idi. Özünü Qurban kimi tanıdan icra hakimiyyəti işçisindən söküntünün səbəbini soruşduqda, o, bildirdi ki ki, bina dövlət ehtiyacı üçün sökülür, yerində isə park salınacaq. Qurban mənə məxsus əmlakı sahibsiz olduğunu zənn edərək sökdüklərini dedi. Mənim müdaxiləmdən sonra söküntü dayandırıldı, Qurban isə üzrxahlıq edərək, dedi ki, əlaqə saxlayacaqlar.
Amma bir həftə əlaqəyə çıxan olmadı, öz kanallarımla dəqiqləşdirdim ki, söküntünü Bakı Şəhər İcra Hakimiyyəti deyil, Azər Əsgərovun rəhbəri olduğu “Azİmport” MMC aparır. Bunu hadisə yerindən çəkdiyim video da təsdiq edir. Bir həftə sonra yenidən ərazidə söküntü işləri davam etdirildi. Onun qarşısını almaq üçün mənə məxsus "Sterlinq Grup" şirkətinə aid olan yük avtomobillərini binanın qarşısına düzdüm. Daha sonra Azər Əsgərovun yeznəsi Rəşad Məmmədova əlaqə saxladım. O dedi ki, söküntü bizim şirkətə aid deyil. Söküntü zonasına gətirdiyim yük avtomobilləri təxminən bir ay yarım müddətində orada qaldıqdan sonra iş üçün götürməyə məcbur olduq. Həmin gün gecə “Azİmport” şirkətinin əməkdaşları ağır texnika cəlb edərək əmlakımı sökdülər”, - sahibkar baş verənlərin qısa xülasəsini belə ümumiləşdirir.
K.Akimov bildirir ki, məhkəməyə müraciət edərək iddia tələbində dəyən ziyanın ödənilməsi, qeyri-yaşayış sahəsinin bərpa olunması, itirdiyi faydanın qaytarılmasını istəyib: “Əvvəlcə cavabdeh kimi Bakı Şəhər İcra Hakimiyyəti göstərilmişdi, çünki Azər Əsgərovun yaxınları tikilinin onun şirkəti tərəfindən sökülməsini inkar edirdilər. Məhkəmə tərəfindən verilən sorğulardan sonra söküntünün “Azİmport” MMC tərəfindən aparıldığı müəyyənləşdi. 2012-ci ildən 2016-cı ilə qədər davam edən məhkəmə çəkişmələrində əmlakın mənə məxsus olması təsdiqləndi. Məhkəmə prosesinin gedişində “Azİmport” şirkəti həmin ərazidə 7 mərtəbəli ultra-premium yaşayış binası inşa etdirib. Amma Azər Əsgərov anladı ki, bina tiksə də, ərazinin mülkiyyət hüququ məndədir. Çünki bundan sonra Azərin qanunsuz hərəkətlərindən bütün dövlət qurumlarına şikayətlər etməyə başladım. Prezident Administrasiyasına yazdığım məktublarda üzləşdiyim qanunsuzluğun bütün detalları ətraflı qeyd olunmuşdu. 2016-cı ilin yayında Azər Əsgərovun qohumu, mənim də yaxından tanıdığım Cəmaləddin zəng edərək Axundov bağının yaxınlığında “Azİmport” rəhbərinə məxsus ofisdə görüş təklif etdi. Orada belə kompromis təklif olundu ki, bütün şikayətləri dayandırım, Azər isə əmlakımın əvəzi kimi yaxınlıqdakı binalardan birində eyni kvadrat sahəyə malik obyekt verəcək. Amma həmin sahəyə uyğun obyekt yox idi. Razılığa gəldik ki, Azər Əsgərov onu satacaq və mənə çatacaq vəsaiti ödəyəcək. O, əmlakı satılana qədər mənə hər ay 50 min dollar ödəyəcəyinə guya söz vermişdi. Məcburi razılaşmadan sonra Azər ödəməyi öhdəsinə götürdüyü 800 min dolların 500 min dollarını 2016-2018-ci illər ərzində Cəmaləddin vasitəsi ilə hissə-hissə ödədi. Amma bundan sonra ödənişdən imtina etdi. Mən yenidən dövlət qurumlarına şikayətlər ünvanlamağa başladım...”
Azər Əsgərova zor tətbiqi ilə hərə-qorxu gəlmək barədə ittihamlara gəlincə, Kamal Akimov bildirir ki, bunlar gülüncdür: “Əvvəla, pulun hissə-hissə ödənildiyi vaxt bizim aramızda heç bir gərginlik olmayıb. Bunu Azər Əsgərovun yaxın qohumu Cəmaləddin də təsdiq edə bilər, çünki onlar yaxın dostluq münasibətlərində olublar. Hər dəfə pul götürüləndə qəbz yazılıb, foto və video çəkilib. Hədə-qorxu ilə pul alınarkən belə şeylər mümkündürmü? Eyni zamanda maddi sübutlar - disklər, qəbzlər cinayət işinə əlavə olunub, orada var. Mən ancaq qanunun aliliyinin, haqq-ədalətin bərpa olunmasına tərəfdar olmuşam. Belə olmasaydı, əmlakımın dəyərinin ödənilməsi üçün illər uzunu dövlət qurumlarına, məhkəmlərə müraciət etməzdim.
İkincisi, Azər Əsgərova fiziki təsir etmək iddiası da gülüncdür. Əgər belə bir hal var idisə, niyə 6 il əvvəl bu haqda hüquq-mühafizə orqanlarına şikayət etməyib?”
Haqqında açılan cinayət işi ilə bağlı Kamal Akimovun dedikləri də maraqlıdır. O, bildirir ki, ötən ilin dekabrında yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, hüquqlarının bərpa olunmasını tələb edib: “Həmin vaxt mən ailəmlə birlikdə ABŞ-daydım, icra hakimiyyətindən mənimlə əlaqəyə çıxdılar, “Skayp” vasitəsilə icra başçısının birinci müavini Vüqar Şıxməmmədovla, həmçinin Hüquq şöbəsinin müdiri ilə danışdıq. Daha sonra qarşı tərəflə əlaqə saxlanıldı. İcra qurumu şikayətimdə əks olunan materialların araşdırılması üçün Səbail Rayon Prokurorluğuna göndərdi və orada fakt üzrə cinayət işi açıldı.
ABŞ-da olarkən özünü Səbail Rayon Prokurorluğunun əməkdaşı kimi təqdim edən Azər Abdulov əlaqə saxlayıb mənə bildirdi ki, sizinlə görüşmək istəyirik. Sevindim, ona ABŞ-dan Azərbaycana yanvar ayında qayıdacağımı bildirdim. Fevralın əvvəlində döndüm, məni Səbail Rayon Polis İdarəsinə apardılar, bildirdilər ki, haqqımda Cinayət Məcəlləsinin 182.3.2-ci (Zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb. Polisdə araşdırma 8 ay çəkdi, məni əvvəlcə təqsirləndirilən kimi işə cəlb etdilər, daha sonra Bakı Şəhər Prokurorluğu cəlbetməni ləğv etdi. Qarşı tərəf bu qərardan şikayət etsə də, təmin olunmadı, Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxladı. Bununla belə ölkədən çıxışıma qoyulan məhdudiyyəti götürmədilər. Mən isə məhkəməyə şikayət etdim, hakim ölkədən çıxışa qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı qərar verdi, qarşı tərəf şikayət etsə də, apellyasiya instansiyası qüvvədə saxladı.
Bundan xəbər tutan kimi Bakı Şəhər Prokurorluğu işi sürətləndirdi və məni yenidən təqsirləndirilən şəxs kimi istintaqa cəlb etdi. İş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, dekabrın 9-da hazırlıq iclası olacaq”.
Kamal Akimov bildirir ki, əmlakı əlindən alınıb, qanunsuzluqla üzləşib, zərərçəkən olduğu halda şər-böhtanla onun özünü mühakimə etmək istəyirlər: “Bu, absurddur, mən ümid edirəm ki, məhkəmə həddi-hüdudu olmayan bu qanunsuzluğun davam etməsinə imkan verməyəcək. Mən media vasitəsi ilə ölkə rəhbəri cənab Prezident İlham Əliyevə müraciət edirəm: “Hörmətli Cənab Prezident! Çox xahiş edirəm, bu işə diqqət ayırın, mənin haqqımın, hüququmun qorunmasına yardım edin. Çıxılmaz vəziyyətdəyəm, ailəm ABŞ-dadır, ölkədən gedə bilmirəm, haqqımda ağır suçlamalar var. Heç bir cinayət törətmədiyim, zərərçəkən olduğum halda belə haqsızlıqla üzləşmişəm. Bütün ümidlərim Sizədir!”
Azər Əsgərovun vəkili Şaik Mirzəyev Kamal Akimovun dedikləri barədə “Haqqın.az” saytına bildirib ki, obyektin sökülməsini Əsgərova məxsus “Azİmport” şirkəti deyil, Səbail Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Qurban İsmayılov həyata keçirib: “Bu şəxsin (Kamal Akimova - red.) şantaj və təhdidləri bütün ağlasığmaz hədləri aşıb. Bu şəxs xarici banklara olan külli miqdarda borclarını ödəmək üçün qeyri-qanuni üsullardan istifadə edir, yerli mətbuatda yalan, böhtan xarakterli məlumatlarla özünə bəraət qazandırmağa çalışır, Azər Əsgərov haqqında şər və böhtan dolu yazılar dərc etməkdə davam edir. Amma məhkəmədə çoxlu faktlar üzə çıxacaq”.

Bölməyə aid digər xəbərlər

Dünən, 15:00
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
Dünən, 13:13
Masazırda 57 yaşlı kişini "tok" vurub
Dünən, 12:58
Sabah yağış yağacaq - Proqnoz
Dünən, 10:28
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
Dünən, 09:14
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
Dünən, 08:13
Çində uçan naməlum obyekt vurulub?
14-09-2025, 13:22
Sabah yağış yağacaq
13-09-2025, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb