13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Bakıda evə basqın edən şəxslər DYP postunda saxlanılıblar
Tarix: 08-12-2022 11:36 | Bölmə: Cəmiyyət
Bakıda evə basqın edən şəxslər DYP postunda saxlanılıblar

Bakıda evə basqın edən şəxslər DYP postunda saxlanılıblar.

Reyting.az 
Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, dekabrın 7-si saat 05 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Volkswagen” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Yoxlama zamanı sürücünün Ağdam rayon sakini Orxan Musəvi olması və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi müəyyən olunduğundan ona nəqliyyat vasitəsini müvəqqəti duracağa aparılması deyilib. Bu zaman avtomobildə olan sərnişinlər - Cəbrayıl rayon sakini İlqar Xəlilov və Ağdam rayon sakini Həsən Əliyev özlərini şübhəli apardıqlarından polis əməkdaşları onları da portal vasitəsi ilə yoxlayıb.

Yoxlama zamanı O.Müsəvinin və İ.Xəlilovun Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə axtarışda olmaları müəyyən olunub. Onlar saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Kürdəmir Rayon Polis Şöbəsində onların üzərinə baxış zamanı İ.Xəlilovdan 6 007 ABŞ dolları və 996 manat, O.Musəvidən 6 200 manat pul, H.Əliyevdən isə narkotik vasitə aşkar olunaraq götürülüb.

Araşdırmalarla O.Müsəvi və İ.Xəlilovun noyabrın 21-də paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birində ev sahibindən 80 000 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə almaları da müəyyən olunub.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər